30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya kəşfiyyatı: Xerson intensiv olaraq atəşə tutulur

01.02.2023

Donbas xaricində ən intensiv atəşə tutulan şəhər Xersondur.

"DM" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.

"Son günlər Ukraynanın cənubunda müharibədəki ən intensiv bomba zərbələrinin bir qismi Dnepr çayı boyunca olub. Rusiyanın çayın şərqindən Xersonu artilleriya atəşinə tutmağa davam edib", - Kəşfiyyat Xidməti bildirib.

Kəşfiyyat Xidməti Ukrayna mənbələrinə istinadən xatırladıb ki, yanvarın 29-da Rusiya qüvvələrinin bombardumanı nəticəsində Xersonda daha üç mülki vətəndaşın həlak olub, çayda dayanmış iki xarici ölkəyə məxsus gəminin zədələnərək neft sızıntısına səbəb olub.

"Xerson Ukraynanın Donbasdan kənarda ən intensiv atəşə tutulan böyük şəhəri olaraq qalır. Rusiyanın sursat ehtiyatlarını burada xərcləməsinin dəqiq səbəbi bəlli deyil.
Bununla belə, bu hücumlar ehtimal ki, qismən mülki əhalinin əhval-ruhiyyəsinə təsir etmək və Dnepr çayı boyunca Ukraynanın hər hansı əks-hücumlarının qarşısını almaq məqsədi daşıyır", Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.