30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pilotlarımız şərti düşmən hədəflərini məhv edib

01.02.2023

Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi - 2023” təlimlərində hava manevrlərini icra ediblər.

"DM" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər.

Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib.

Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.