20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Türkiyə XİN başçısı: PKK, PYD Finlandiya və İsveçdə çox aktivdir

31.01.2023

Terrora dəstək olan PKK, PYD Finlandiya və İsveçdə çox aktivdir. Orada pul toplamaqla məşğuldurlar.

"DM" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştdə Macarıstan ticarət və xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

"Üçlü sənəd imzalamışıq. Bu iki ölkə bu cür fəaliyyətləri ölkəsində dayandırmalı idi. Finlandiya ilə o qədər də böyük problemimiz yoxdur. Onlar bəzi addımları atıb və atacaqlarını deyirlər. Amma İsveç qanun dəyişikliyinə getsə də, ortada addım yoxdur. Yeni hökumətdə bir az daha siyasi iradə görürük”, - nazir əlavə edib.