21 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Ukraynada erməni hərbçi azərbaycanlını işgəncələrlə öldürüb - VİDEO

31.01.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusu və separatçılar Baxmut və Soledar yolunu nəzarətə götürüblər, yaxınməsafəli artilleriya döyüşləri gedir.

Qeyd edilib ki, ötən sutka ərzində Xarkov, Zaporojye, Nikolayevə raket hücumları davam edib.

O da bildirilib ki, Ukraynada erməni hərbçi həmyerlimiz Seyfi Ağayevi işgəncələrlə öldürüb.

"Qarlovka şəhərində yaşayan S.Ağayev əslən Laçın rayonundan olub. Bir müddət əvvəl "Vaqner” hərbi şirkətinin erməni üzvü ilə mübahisəsi düşüb və o, əsir götürülüb. Ehtimal edilir ki, verilən işgəncələrdən sonra o həyatını itirib”.