25 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehran Ankaranın bu təklifini qəbul etməyib

31.01.2023

İranın Qırmızı Aypara Cəmiyyəti Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin təklifini qəbul etməyib.

"DM" xəbər verir ki, bu barədə Report-a Türkiyənin Qırmızı Aypara Cəmiyyətindən bildirilib.

Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.

"Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir" - məlumatda vurğulanıb.

Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

Zəlzələdən zərərçəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.