09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Maserati”lər külə döndü - VİDEO

31.10.2018

İtaliyanın liman şəhəri olan Savonadə dəniz suyunun yüksəlməsindən sonra sahildə yerləşən iki avtomobil parkını su basdı.
"Dövran Media" xəbər verir ki, duzlu dəniz suyu səbəbilə avtomobillərin akkumulyatorlarının partladığı və yanğın çıxdığı bildirilib.
Sosial mediada yayımlanan görüntülərdə park halında olan onlarla avtomobilin tamamən yanması diqqət çəkib. İtaliya mediasının məlumatına görə, yanan avtomobillər arasında Yaxın Şərq ölkələrinə ixrac edilmək üzrə gözləyən çox sayda lüks "Maserati" avtomobili də var.
Yanğında ölən və yaralananların olmadığı açıqlandı. Bu, son bir həftə ərzində Savonada baş verən ikinci yanğındı.