28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Magistraturaya qəbul üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib

30.01.2023

Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

DİM-dən verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.