05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

QDİƏT Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

30.01.2023

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Tehranda Azərbaycan səfirliyinə edilmiş terror hücumu ilə bağlı bəyanat yayıb.

"DM" xəbər verir ki, bəyanatda insidentin terror hücumu olduğu vurğulanıb və buna görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğu qeyd olunub:

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi 2023-cü il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə bir əməkdaşın qətlə yetirilməsi, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror hücumunu şiddətlə qınayır. Daimi Beynəlxalq Katiblik həlak olanın ailəsinə, Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı verir və yaralılara sürətlə sağalmalarını arzu edir.

Diplomatik missiyalara hücumlar tamamilə qəbuledilməzdir. Daimi Beynəlxalq Katiblik zorakılıq və terrorçuluğun istənilən təzahürünü rədd edir və bu terror aktına görə məsuliyyət daşıyanların tez bir zamanda ədalət qarşısına çıxarılacağına ümid edir”, - deyə bəyanatda bildirilib.