05 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqon: “İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”

30.01.2023

Pentaqonun sözçüsü Patrik Rayder bəyan edib ki, ABŞ-nin İranın hərbi infrastrukturuna endirilən dron zərbələri ilə heç bir əlaqəsi yoxdur.

Patrik Rayder bu barədə Vaşinqtonda jurnalistlərin qarşısında çıxış edərkən söyləyib.

"İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”, - Pentaqonun sözçüsü vurğulayıb.

Patrik Rayder İran barədə ona ünvanlanan digər sualları şərh etməkdən imtina edib.

Qeyd edək ki, yanvarın 28-də İranın hərbi obyektləri dron hücumlarına məruz qalıb. Hələlik baş verən insidentə görə heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib.

Mənbə: Reuters