29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni deputatlar Moskvaya səfər edəcəklər

30.01.2023

Ermənistan parlamentinin nümayəndə heyəti Moskvaya səfərə yola düşəcək. Orada KTMT ölkələrinin parlamentlərinin xarici əlaqələr, müdafiə və təhlükəsizlik komissiyalarının iclasında iştirak edəcək.

"DM" xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

"Yanvarın 31-dən fevralın 1-dək parlament sədrinin müavini Akop Arşakyan, Müdafiə və milli təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan, Ermənistan parlamentinin deputatı Eduard Ağacanyan və xarici əlaqələr departamentinin baş mütəxəssisi Sofya Mnatsakanyan Moskvaya göndəriləcək”, - məlumatda deyilir.