09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveçin yəhudi icmaları təlaş içindədir

31.10.2018

İsveçin yəhudi icmaları təhdidlərin gücləndiyi bir vaxtda dövləti onların təhlükəsizliyini təmin etməyə çağırıblar.
Bu barədə Avropa ölkələrində və ABŞ-da antisemit xarakterli hücumların kəskin artması barədə informasiya yayan İsveç KİV-lərinə istinadla məlumat verir.
İsveçdəki yəhudi icmalarının Mərkəzi Şurası yazır: İndi bizim siyasətçilərimiz öz üzərinə məsuliyyət götürüb insanların təhlükəsizliyini təmin etməlidirlər ki, Birləşmiş Ştatlarda baş vermiş faciəyə oxşar hadisə İsveçdə təkrarlanmasın. Hazırda yəhudi təşkilatları təhlükəsizliyin təmin olunması üçün 25 faizdən 50 faizədək üzvlük haqqı ödəmək məcburiyyətindədirlər. Lakin dövlət vətəndaşların, o cümlədən ölkənin yəhudi əhalisinin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşımalıdır.
Yəhudi təşkilatları şikayət edirlər ki, yəhudilər üçün oxşar təhlükənin mövcud olduğu ölkələrin böyük əksəriyyətində dövlət məsuliyyətin xeyli hissəsini öz üzərinə götürür. Məsələn, belə halları Norveçdə və Danimarkada müşahidə etmək olar. Bu ölkələrdə sinaqoqlar və yəhudi məktəbləri fasiləsiz mühafizə olunur.
Bu, açıq və demokratik cəmiyyət üçün böyük itkidir. Hazırda yəhudi olduğunu etiraf etməyə, yaxud özünü yəhudi kimi təqdim etməyə cəsarəti çatmayan insanlar çoxdur. Bu isə o deməkdir ki, onlar milli mənsubiyyətlərini nə məktəbdə, nə də işdə açıqlayırlar. Hətta istəsələr belə, Davud ulduzunu gəzdirməyə, yaxud başlarına kipa qoymağa çəkinirlər, çünki öz təhlükəsizliyinə görə narahatdırlar. Yalnız onları heç kimin tanımadığı və yəhudi olduqlarını heç kimin bilmədiyi yerlərdə özlərini təhlükəsizlikdə hiss edirlər. Buna görə də biz, yəhudilər üçün ən təhlükəli yerlər düşmənlərimizin bizi asanlıqla eyniləşdirə biləcəyi, öz məkanımızda qrup şəklində görüşdüyümüz yerlərdir.
Yəhudi icmasının üzvləri bildirirlər ki, bu cür hallar nümayəndələri bütün insanların eyni dərəcədə dəyərli olmasından tez-tez danışan açıq və demokratik cəmiyyətin iflasa uğraması deməkdir. Sənəddə deyilir: "Biz, İsveç yəhudiləri indiyədək yaxşı sözlər çox eşitmişik, odur ki, təhlükəsizlikdə olduğumuzu bizə hiss etdirən konkret addımlar atılmasını istəyirik”.
Beynəlxalq tədqiqatlar göstərib ki, İsveç yəhudi müəssisələrində terror hücumları törədilməsi riskinin yüksək olduğu ölkələrdəndir.