29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Laçın-Xankəndi yolundakı aksiya 50 gündür davam edir

30.01.2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

"DM" xəbər verir ki, aksiya gecə boyu səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 50-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu hazırda -3 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.