Rasmus Paludan Ərdoğanı “hədələdi” 
    
                         
     
                         27.01.2023
 
    
                        					
Türkiyənin Stokholmdakı səfirliyində Quranı yandıran Rasmus Paludan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İsveçin NATO-ya qəbuluna qədər aksiyalarını davam etdirməklə "hədələyib”.
Bu barədə "Aftonbladet” qəzeti məlumat yayıb.
Məlumata görə, Peludan İsveçin NATO-ya qəbuluna qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandıracağını bildirib.