Səfirliyimizə  hücumla bağlı XİN-dən reaksiya  
    
                         
     
                         27.01.2023
 
    
                        Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!