29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xameneinin bacısı oğlu rejimi devirməyə çağırıb

27.01.2023

İranın dini lideri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani Tehran rejimini devirməyə çağırıb.

"DM" xəbər verir ki, o, bunu yanvarın 26-da Parisdə keçiriln mətbuat konfransında deyib.

O, Xameneini legitimliyi olmayan şəxs adlandırıb və onun hakimiyyətinin süqutunun tezləşdirilməsi üçün fəaliyyətlərin genişləndirilməsinə təkid edib.

Muradxani dini lideri millətin qəssabı və iranlılar arasında ən nifrətə layiq şəxs adlandırıb və bildirib ki, rejim ideoloji əsaslar üzərində qurulduğuna görə islahatlar aparmaq mümkün deyil.