İsrail qüvvələri ilə toqquşmada 9 fələstinli ölüb 
    
                         
     
                         26.01.2023
 
    
                        İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 9-a çatıb, aralarında yaşlı qadın da var.
"DM" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, toqquşmalar səhər saatlarında baş verib. Daha əvvəl 4 nəfərin öldüyü, 13 nəfərin yaralandığı barədə məlumat verilmişdi.