Tehranda gənclər “Xameneiyə ölüm” şuarları ilə küçələrə çıxıblar   
    
                         
     
                         26.01.2023
 
    
                        Ötən gecə İranın Tehran şəhərində "Xameneiyə ölüm!” və "Diktatora ölüm!” şüarları səsləndirilib.
Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Etirazçı tehranlı gənclər qaranlıq düşən kimi antihökumət şüarları səsləndirməyə başlayıblar.
Qeyd edək ki, son etirazlarda azyaşlı uşaqların hökumət qüvvələri tərəfindən öldürülməsinə toxunan narazı gənclər "Uşaq qatili olan hökumətə ölüm olsun!” şüarı da səsləndiriblər.