09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Feldşer mühakimə olunacaq

30.10.2018

Sabiq feldşer Nils Högel Almaniyanın şimalında yerləşən Oldenburq şəhərində məhkəmə qarşısına çıxacaq.
Interfax informasiya agentliyi xəbər verir ki, 41 yaşlı cinayətkar 100 pasienti öldürməkdə ittiham olunur. Təhqiqatın versiyasına görə, Högel insanlara ölümcül dərman dozası vurur, sonradan onları xilas etməklə həmkarları arasında nüfuzunu artırmaq istəyirdi. Ehtimallara görə o, 1999-2005-ci illər ərzində Oldenburqda 36, Delmenhorstda isə 64 nəfəri öldürüb.
Qeyd edək ki, Nils Högel bir qədər əvvəl ömürlük həbs cəzasına məhkum edilsə də, bəzi yeni faktlar üzə çıxdığı üçün proses yenidən təkrarlanıb. Təhqiqat həyatlarını itirən pasientlərin sayının bundan da çox olduğunu istisna etmir, lakin onların cəsədləri kremasiya edildiyindən artıq toksikoloji analiz aparmaq mümkün deyil.