29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA beynəlxalq tribunalın yaradılmasını dəstəkləyib

26.01.2023

AŞPA-da Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və insan hüquqları aspektlərinə dair qətnamə qəbul olunub.

"DM"-nın xəbərinə görə, Avropa Şurası Parlament Assambleyası isveçrəli Damien Cottierin hazırladığı və təklif etdiyi qətnamə layihəsini Baş Assambleyada yekdilliklə qəbul edib.

Qətnamədə bildirilib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı törətdiyi təcavüz aktları beynəlxalq hüquqda nəzərdə tutulmuş təcavüz cinayəti anlayışına uyğundur.

Qeyd edilib ki, buna məsul olan Rusiya siyasi və hərbi liderləri müəyyən edilməli və mühakimə olunmalıdır, Assambleya üzv dövlətləri və müşahidəçi dövlətləri bu cür cinayətə görə xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasına çağırışını təkrar etməlidir və bu, dəstəklənməlidir:

"Avropa Şurasının dövlət və hökumət başçıları 2023-cü ilin mayında Reykyavikdə keçiriləcək 4-cü Zirvə toplantısında belə bir tribunalın yaradılmasına öz siyasi dəstəyini verməlidirlər", - qətnamədə qeyd olunub.

Qətnamədə bildirilib ki, Rusiya rəsmilərinin təcavüzə haqq qazandıran ritorikasının soyqırımına ictimai təhrik xarakteri daşıdığına dair artan sübutlar var. Əlavə edilib ki, Assambleya beynəlxalq kompensasiya mexanizminin, o cümlədən zərərin beynəlxalq reyestrinin yaradılmasını tələb etməlidir və Avropa Şurası gələcək mexanizmin yaradılması və idarə olunmasında aparıcı rol oynamalıdır.