09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bütün dünya bu görüşü gözləyir: Müharibə qızışır?

30.10.2018

ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Szinpinin noyabrın sonunda G20 zirvəsi çərçivəsində keçiriləcək görüşünü bütün dünya maraqla gözləyir.
"Dövran Media" xəbər verir ki, bu barədə "Blumberq” nəşri yazıb.
Nəşrin Ağ Evdə çalışan yüksəkçinli rəsmiyə istinadla yaydığı məlumata görə, Vaşinqton görüşün nəticələrindən asılı olaraq, qüvvəyə minə biləcək tədbirlər planı hazırlayır. Trampın Çin lideri ilə görüşdə istədiyi nəticəni əldə etməyəcəyi halda dekabrın əvvəllərində əlavə gömrük vergisi tətbiq olunması nəzərdə tutulan məhsulların siyahısı tərtib edilir.
Qeyd edək ki, ABŞ-Çin ticarət müharibəsində rəsmi Vaşinqton 250 milyard dollar həcmində Çin istehsalı məhsula əlavə gömrük rüsumu tətbiq etmişdi. Çinin gördüyü cavab tədbirlərindən sonra isə Tramp bu ölkəni əlavə gömrük rüsumları tətbiq olunmayan 257 milyardlıq məhsula da vergi tətbiq etməklə hədələmişdi.