29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BƏƏ səfiri ADU-nun qonağı olub

26.01.2023

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

"DM" xəbər verir ki, səfiri universitetdə görməkdən məmnun olduğunu deyən rektor tələbələrin ərəb dilinə olan marağı haqqında danışıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağını diqqətə çatdırıb.

Görüşdə ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni perspektivlər açılacaq.

Fövqəladə və səlahiyyətli səfir Məhəmməd Əl Bluşi dəvət üçün ADU-nun rektoruna təşəkkürünü bildirib, universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib.

Diplomat iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən, təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, Ərəb dili və mədəniyyəti mərkəzinin açılması üçün bütün zəruri addımların atılacağını qeyd edib.

ADU-nun rektoru Kamal Abdulla Məhəmməd Əl Bluşini universitetin "Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edib.