09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Macarlar az yaşayırlar SƏBƏBİ?

30.10.2018

Macarıstanda hazırda orta yaş həddi 76 ildir (kişilər üçün – 72 yaş, qadınlar üçün – 79 yaş). Bu, Avropa üzrə orta ömür həddindən 8 il azdır.
Bu nəticə ilə Macarıstan Avropa İttifaqının ən pis beşinci ölkəsidir, təkcə latışlar, litvalılar, rumınlar və bolqarlar macarlara nisbətən daha aşağı orta ömür həddinə malikdirlər. Maraqlıdır ki, Aİ ölkələri üzrə uzunömürlülük həddinin ən yüksək olduğu ölkələr İspaniya, İtaliya və Kiprdir. Lakin uzunömürlülüklə yanaşı, onun keyfiyyəti də mühümdür. Bu nöqteyi-nəzərdən, ən yaxşı vəziyyət İsveçdədir, çünki bu ölkənin vətəndaşlarında xəstəliklər 73 yaşdan sonra başlayır. Macarıstanda isə insanlar yalnız 60 yaşadək sağlam həyat sürə bilirlər.
Macarıstanın Demoqrafiya Tədqiqatları İnstitutunun tədqiqatçısı Katalin Kovaçın sözlərinə görə, uzunömürlülük həddinə daha çox 4 əsas amil – gəlirlər, təhsil, həyat tərzi və səhiyyənin keyfiyyəti təsir edir. Yüksək əməkhaqqı daha yaxşı həyat şəraiti yaratmağa imkan verir. Təhsil də mühümdür, çünki yüksək təhsilli insanlar üçün həyatdakı problemlərin öhdəsindən gəlmək daha asandır. Bundan başqa, ixtisaslı mütəxəssislər daha yüksək əməkhaqqı alırlar.
Macarıstanda bu qaydanı asanlıqla yoxlamaq olar: Budapeştdə qadınların orta ömür həddi 80 il təşkil edir, eyni zamanda, Noqrad vilayətində kişilər arasında bu göstərici cəmi 69,9 ildir. Çonqrad və Bekeş vilayətlərində də bu fərq nəzərə çarpır.
Səhiyyə sistemi də uzunömürlülüyə mühüm təsir göstərir. Bu səbəbdən təəccüblü deyil ki, Macarıstanın şimalında insanların əksər hissəsi xroniki xəstəliklərdən ölür. Belə ki, bu ölkədə mövcud olan ailə həkimi çatışmazlığı şimal regionu üçün daha aktualdır. Macarıstanın şimalında xroniki xəstəliklər səbəbindən hər 100 min adama 1169 ölüm halları düşür. Avropada bu rəqəm orta hesabla 548 hal təşkil edir.
Hökumətin mənfi tendensiyalara qarşı mübarizə cəhdinə baxmayaraq, görülən tədbirlər yalnız müvəqqəti nəticələr verib. Faktiki olaraq, Macarıstan Aİ ölkələri arasında rekord səviyyədə siqaret çəkilən ölkədir, bu isə ağciyər xərçənginin əmələ gəlməsinə səbəb olur.
Bununla yanaşı, macarlar dünyada ən çox spirtli içki istifadəçiləri kimi tanınırlar. 2010-cu ilin göstəricilərinə görə, onlar alkoqol qəbulu üzrə 8-ci yerdədirlər. Ən pisi odur ki, Dünya Səhiyyə Təşkilatının son tədqiqatlarına görə, Avropada ən çox spirtli içki içənlər məhz macar gəncləridir.