05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlik subsidiyaların verilməsi sahəsində problemlərə münasibət bildirib

26.01.2023

"Artıq vahid əkin qaydaları tətbiq edilib”.

"DM"-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev bildirib.

O deyib ki, hər hansı rayonda vahid əkin sahəsi elan olunacaq: "Burada torpağın suvarılması mərhələli şəkildə, eyni qaydada həyata keçiriləcək. Digər tərəfdən, torpaqları yenə yerli icra hakimiyyəti orqanları icarəyə verəcək. Sadəcə, bu, elektron qaydada həyata keçiriləcək və bu halda Kənd Təsərrüfatı Nazirliyi də rəy verəcək ”.

Nicat Əfəndiyev bildirib ki, subsidiyaların verilməsi ilə bağlı prosedur var və nazirlik bu prosedurdan kənara çıxa, səlahiyyətinə aid olmayan məsələlərə müdaxilə edə bilməz: "Nazirlik olaraq bu sahədə problemlər olan zaman müzakirəyə hazırıq”.