05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada Qarabağ üçün “çağırış edən” erməni həbs edilib

26.01.2023

Rusiyanın Yekaterinburq şəhərində ictimai asayişi pozan erməni icmasının rəhbəri Masis Nazaryan 5 sutka həbs edilib.

"DM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan Teleqram kanalında yazıb.

Abovyan bildirib ki, icma rəhbəri erməni kilsəsinin həyətində guya blokadada olan Qarabağı xilas etmək üçün dünya ictimaiyyətinə müraciət etməyə çağırıb.

Qeyd edək ki, Yekaterinburqun erməni icmasının rəhbərinə qarşı mitinq, nümayiş və ya yürüşün təşkili və ya keçirilməsində müəyyən edilmiş qaydanı pozduğuna görə inzibati iş başlanmışdı.