05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB: Koronavirusla əlaqədar vəziyyət hazırda tam stabildir

26.01.2023

"Ölkəmizdə koronavirusla əlaqədar vəziyyət hazırda tam stabildir. Yoluxma saylarında ciddi yüksəlmələr müşahidə olunmur".

"DM" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

O, bəzən ölüm sayının çox olmasına da aydınlıq gətirib:

"Ölüm sayları ilə bağlı onu deyə bilərəm ki, bugünkü yoluxma sayları ilə ölüm sayları bir-biri ilə əlaqəli proses deyil. Bütün vəfat halları araşdırılır. Amma bu, ölən şəxsin həmin gün yoluxan insan olduğu demək deyil. Bəzi xəstələrimiz uzun müddət xəstəlikdən əziyyət çəkir, hansısa xroniki xəstəliyi olan şəxslər olur".