27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ordusu Soledarı tərk edib

25.01.2023

Ukrayna Silahlı Qüvvələri (SQ) şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar şəhərindən geri çəkilib.

"DM" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı bildirib.

O qeyd edib ki, ordu əvvəlcədən hazırlanmış müdafiə xəttində möhkəmlənib: "Ordu əsas tapşırığı yerinə yetirib. Biz düşmənə imkan vermədik ki, döyüşlər gedən ərazinin Donetsk istiqamətindəki hissəsində sistemli şəkildə cəbhə xəttini yarıb keçə bilsin. Döyüşlər zamanı düşmən xeyli texnika və canlı qüvvə itirib”.

Çerevatı onu da əlavə edib ki, Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsinə imkan verilməyib.