28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edirlər

25.01.2023

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində "Qış hazırlığı-2023” təlimləri başlayıb.

"DM” "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.

Məlumata görə, "Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.