28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Patriarx Kirill ukraynalılar və rusları barışığa çağırıb

25.01.2023

"Rusiya dövləti taleyüklü çağırışlarla üz-üzədir. Bu çağırışlara tarixi Rusiya xalqlarının, o cümlədən rus, ukraynalı və belarus xalqlarının əlaqələrini gücləndirəcək cavab tapmaq lazımdır. Bu xalqlar qardaşlararası çəkişmə cəhdlərinə son qoymalı və təxribatlara uymamalıdırlar”.

"DM" xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Xilaskar İsa Məsih Məbədində oxuduğu xütbədə bildirib.

"Bizim kilsəmiz bütün Rusiyanın kilsəsidir. İstər Rusiya, istər Ukrayna, istər Belarus, istərsə də tarixi Rusiyaya daxil olan digər ölkələr və xalqlar bizim xidmət apardığımız yerdir. Bu o deməkdir ki, yaranan problemləri bizim dualarımız müşayiət etməlidir ki, Allah ilk növbədə insanları barışdırsın”, - deyə Patriarx Kirill vurğulayıb