28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərdə sahibkarlara kredit üçün dövlət zəmanəti təmin ediləcək

25.01.2023

İşğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektləri 500 mln. manat kommersiya kreditinə 450 mln. manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulub.

"DM" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu məbləğ üçün maksimum hesablanmış subsidiya məbləği 150 mln manatadək olacaq. Subsidiyanın ödənişi faiz üzrə 3 il müddətini əhatə edəcək. Hər bir kreditin maksimal məbləği 5 mln. manatadək olacaq. Həmin kreditin maksimum müddəti 7 ilə qədər ola bilər. Kommersiya bankının təqdim etdiyi faiz maksimum 15% olacaq. 10% bəndin dövlət tərəfindən 3 il ərzində subsidiyalaşdırılması nəzərdə tutulur",- deyə Osman Xaliyev əlavə edib.