28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni ordusunun Kəşfiyyat İdarəsinə yeni rəis təyin edilib

25.01.2023

Ermənistan Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəis müavini, polkovnik Samvel Movsisyan həmin idarənin rəisi, eləcə də Ermənistan Baş Qərargah rəisinin müavini təyin edilib.

"DM" xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryan fərman imzalayıb.

Digər qərarla Baş Qərargah rəisinin müavini Arakel Martikyan Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanda bir ilə yaxın idi ki, kəşfiyyat rəhbəri yox idi. Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi 2021-ci ilin avqustundan 2022-ci ilin fevralınadək bu vəzifəyə təyin olunmuş general-mayor Araik Arutyunyan olub.