Tehran sakinləri gecə aksiyasına çıxıb 
    
                          
     
                         25.01.2023
 
    
                        Yanvarın 24-dən 25-ə keçən gecə Tehranın 3 bölgəsində etiraz nümayişləri keçirilib.
"DM" xəbər verir ki, şiddətli repressiyalara baxmayaraq, Ekbatan, Şəhran və Narmək bölgələrində nümayişçilər küçələrə çıxıb.
"Ölüm olsun Xameneiyə", "Diktatora ölüm" şüarları səsləndirən etirazçılardan bir neçəsinin saxlanılaraq naməlum yerə aparıldığı bildirilir.