Məşhur qəzəl ustadı   vəfat etdi 
    
                          
     
                         30.10.2018
 
    
                        Güney Azərbaycanın Ərdəbil vilayətindən olan məşhur qəzəl ustadı, "Sadiq” təxəllüsü ilə tanınan Əliəsgər Sadiqifər vəfat edib.
"Dövran Media" xəbər verir ki, o, bu gün səhər saatlarında Təbrizdə xəstəxanada uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi bu gün Ərdəbilin Yasavul məscidində baş tutacaq.
Qeyd edək ki, Əliəsgər Sadiqifərin "Söyüdlər" adlı qəzəllər məcmuəsi, "Minayi şikəstə" adlı kitabı var.