Səfir Britaniyanın Azərbaycanda maliyyələşdirdiyi layihələrlə tanış olacaq   
    
                          
     
                         25.01.2023
 
    
                        Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağcabədi və Beyləqana gedir. O, Azərbaycanın rayonlarında Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacaq.
"Bu gün Ağcabədi və Beyləqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşəcəyəm, Böyük Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacağam. İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət”, - deyə diplomat "Twitter” hesabında yazıb.