29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Patruşevin KTMT Baş katibi ilə görüşünün detalları açıqlanıb

24.01.2023

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bugünkü görüşdə Belarusun təşkilatda sədrliyinin prioritetlərinin həyata keçirilməsini müzakirə ediblər.

"DM" "BELTA”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov bildirib.

"Görüş zamanı bir sıra beynəlxalq məsələlər müzakirə edilib, KTMT sərhədləri boyunca vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Təşkilatın nüfuzunun artırılması və onun digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətinə xüsusilə toxunulub. Həmçinin, bu il KTMT-yə sədrlik edən Belarusun təklif etdiyi prioritetlərin həyata keçirilməsi məsələsi də tərəflər arasında müzakirə edilib” – deyə Zaynetdinov qeyd edib.

Həmçinin qeyd edilib ki, görüş zamanı ötən il KTMT-yə üzv dövlətlərin başçılarının qəbul etdikləri qərarların icrasına böyük diqqət yetirilib, xüsusən də təşkilata üzv olan dövlətlərin bioloji təhlükəsizlik üzrə səlahiyyətli orqanlarının Koordinasiya Şurasının fəaliyyətinin təşkili məsələsi müzakirə olunub.

KTMT sözçüsü onu da əlavə edib ki, Nikolay Patruşev İmanqali Tasmaqambetovu KTMT Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona təşkilatın inkişafı naminə fəaliyyətində uğurlar arzulayaraq, təşkilatın Katibliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsində köməklik göstərməyə hazır olduğunu bildirib.