29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cabbarov Siyarto ilə nələri müzakirə edib?

24.01.2023

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

"DM" xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı "Facebook" hesabında məlumat verib.

"Avropa enerji böhranı ilə üz-üzədir, ona görə də yeni təbii qaz mənbələrinə ehtiyac var. Ortamüddətli perspektivdə ən real ssenari Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Bunun üçün regionumuzda infrastruktur inkişafı lazımdır və azərbaycanlılar daha çox istehsal etməlidirlər. Bu, Azərbaycanın iqtisadiyyat naziri ilə bugünkü görüşün əsas mövzusu olacaq", Siyarto bildirib.

Qeyd edək ki, görüş Mikayıl Cabbarovun Budapeştə səfəri çərçivəsində baş tutub