Rusiya XİN: Latviyanın düşmənçilik hərəkətlərinə sərt cavab veriləcək  
    
                          
     
                         24.01.2023
 
    
                        Rusiya Federasiyası diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gələn Latviyanın düşmənçilik hərəkətlərinə sərt cavab verəcək.
"DM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirib.
Qeyd olunub ki, Latviyanın diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gələrkən gətirdiyi arqumentlər əsassız və uydurulmuşdur.
"Latviya Rusiya Federasiyası ilə diplomatik münasibətlərə dair qərarı ilə Moskvanın qəzəbli "dostlarını” sevindirməyə çalışıb”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib