29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəxtiyar Hacıyevlə bağlı qərar verilib

24.01.2023

Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı verilən qərardan apellyasiya şikayətinə baxılıb.

"DM" xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, B.Hacıyev CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunub və ötən il dekabrın 9-da barəsində 1 ay 20 gün həbs qəti imkan tədbiri seçilib. Bir neçə gün öncə isə B.Hacıyev barəsindəki həbs qəti imkan tədbirinin müddəti bir az uzadılıb.