General oğlunun ölkədən çıxışına qadağa qoyulub 
    
                         
     
                         23.01.2023
 
    
                        					Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına qadağa qoyulub.
"DM" Qaynarinfo.az-a istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.
Xatırladaq ki, Vüqar Nağıyevin həyat yoldaşından qalmaqallı şəkildə boşanması ilə bağlı KİV-lərdə məlmatlar dərc edilib.