29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı milyarder ölkənin Sahibkarlar İttifaqından istefa verib

23.01.2023

Rusiyanın tanınmış milyarderi Əlşir Usmanov Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətinin büro üzvlüyündən çıxarılması ilə bağlı müraciət edib.

"DM” "RBK”ya istinadən xəbər verir ki, bu barədə təşkilatdan bildirilib.

Qeyd edilib ki, iş adamı təşkilatdan İdarə Heyətinin Büro üzvlüyündən azad edilməsini istəyib. O, bu qərarını təqaüdə çıxması və aktiv fəaliyyətdən uzaqlaşması ilə əlaqələndirib.

Bildirilib ki, Əlşir Usmanovun ərizəsinə yanvarın 25-də büronun iclasında baxılacaq.

Qeyd edək ki, Əlşir Burhanoviç Usmanov 1953-cü il sentyabrın 9-da Özbəkistanın Nəmənqan vilayətinin Çust rayonunda anadan olub.

Rusiyanın Ukraynada başladığı müharibə ilə əlaqədar Qərb ölkələri Ə.Usmanova da sanksiya tətbiq edib. Ötən il Almaniya hökuməti ona məxsus 156 metrlik yaxtanı müsadirə edib. "Forbes"in yaydığı məlumata görə, yaxta Hamburq şəhərində təmirdə olub. "Dilbar" adlı yaxtanın dəyəri 600 milyon dollardır. Dünyanın ən böyük yaxtası hesab edilən gəminin 16 ton ağırlığı var. İki helikopter üçün yeri, böyük hovuzu olan su nəqliyyat vasitəsi, eləcə də sauna və idman zalından ibarətdir. Yaxta 2015-ci ildə hazırlanıb. Onun istehsalına 5 il vaxt sərf olunub.