09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İçərişəhərdəki bu restoranların fəaliyyəti dayandırıldı

29.10.2018

İçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti müvəqqəti dayandırılıb.
Bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib.
Z.Cahanın sözlərinə görə, hazırda İçərişəhərdə bir sıra yenidənqurma işləri gedir:
"İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə, orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər yenidən fəaliyyətə başlayacaq".
İdarə rəsmisi onu da əlavə edib ki, həmin restoranlar İçərişəhərə məxsus deyil, şəxsi obyektlər kimi fəaliyyət göstərir.