30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qərbi Azərbaycan İcmasında Türkiyə səfiri ilə görüş keçirilib

23.01.2023

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və səfirliyin nümayəndələri Qərbi Azərbaycan İcmasının yeni binasını ziyarət ediblər.

"DM" xəbər verir ki, səfir İdarə Heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirib, İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat alıb.

Görüşdə İcmanın əsas orqanlarının rəhbərləri - İdarə Heyətinin sədri Əziz Ələkbərli, sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri akademik Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və Gənclər Şurasının sədri Ramin Məmmədov iştirak ediblər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli türkiyəli diplomata ötən əsr boyunca dörd dəfə, 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991- ci illərdə azərbaycanlıların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.

Görüş zamanı səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir.

Qeyd olunub ki, qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

Cahit Bağçı Türkiyənin Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılan qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanında olduğunu, bundan sonra da olmağa davam edəcəyini bildirib. Səfir daha sonra İcmanın inzibati binası ilə tanış olub.