09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Hindistan heroin daşıyan PUA-nı vurub

23.01.2023

Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri və Pəncab polisinin keçirdiyi birgə əməliyyat zamanı Amritsar bölgəsində beş kiloqram heroin daşıyan PUA vurulub.

"DM xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Hadisə bu səhər saatlarında Hindistan-Pakistan sərhədinin 2 kilometrliyində yerləşən kəndin ərazisində baş verib.

PUA AK-47 silahından açılan atəş nəticəsində vurulub.

Polisin məlumatına görə, dron ABŞ və Çin istehsalı olan hissələrdən yığılıb və güclü akkumulyator, infraqırmızı gecəgörmə kamerası və GPS sistemi də daxil olmaqla, yüksək texnologiyalı detallarla təchiz edilib.