28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səudiyyə Ərəbistanı Krallığının generalı Bakıya gəlib

23.01.2023

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əş Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib. General-mayor Məhəmməd Abdullah Həmdan Əş Şehri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra "Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.

Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi aparılıb, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.