28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpasına qarşıdır

20.01.2023

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpasına qarşıdır.

"DM" xəbər verir ki, Zurabişvilinin bununla bağlı bəyanatı prezidentin rəsmi saytında dərc edilib.

Gürcüstan lideri həmçinin əlavə edib ki, rusların Gürcüstanda qalma şərtləri də sərtləşdirilməlidir.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov 18 yanvarda keçirdiyi mətbuat konfransında Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa oluna biləcəyini qeyd edib. İki ölkə arasında birbaşa uçuşlar 2019-cu ilin iyununda Tbilisidə keçirilən anti-Rusiya mitinqləri ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.