05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xersondakı azərbaycanlılar ailələrindən xəbər ala bilmirlər - VİDEO

19.01.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetsk, Nikolayev, Xerson, Dnepropetrovsk vilayətlərində ağır döyüşlər gedib. Artilleriya zərbələri səhər saatlarına qədər davam edib.

Qeyd edilib ki, ötən gündən etibarən yenidən bütün Ukrayna üzrə elektrik enerjisi böhranı yaşanır.

O da bildirilib ki, Xerson şəhəri işğalda olan zaman ailələrini Krım və digər ərazilərə köçürən azərbaycanlılar onlardan xəbər ala bilmirlər.