Azərbaycanda iki futbolçu ömürlük diskvalifikasiya edilib 
    
                          
     
                         19.01.2023
 
    
                        Azərbaycanda iki futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.