Azərbaycandakı diplomatik nümayəndələr Şəhidlər xiyabanını ziyarət ediblər -FOTO  
    
                          
     
                         19.01.2023
 
    
                        Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Serbiyanın Azərbaycandakı səfirləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Özbəkistan səfiri Bəhram Əşrəfxanov "Twitter”də paylaşım edib.
"Digər ölkələrin səfirləri ilə birlikdə Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik, 20 Yanvar faciəsi qurbanlarının məzarları üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdik. Allahdan rəhmət diləyirəm!”, - paylaşımda deyilir.
Özbəkistan səfiri Bəhram Əşrəfxanovla yanaşı, Serbiya səfiri Draqan Vladisavljeviç, Qırğız Respublikasının səfiri Kayrat Osmonaliyev, Tacikistan səfiri Rustam Soliyev və Qazaxıstan səfiri Serjan Abdıkarimov ziyarətdə iştirak edib.