Atatürkün marşal Voroşilovla nadir   FOTOSU 
    
                          
     
                         29.10.2018
 
    
                        					Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümündə Mustafa Kamal Atatürkə aid nadir fotolar paylaşılıb.
"Dövran Media" xəbər verir ki, sözügedən fotolar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının arxivindən götürülüb.
Fotolarda Türkiyə Böyük Millət Məclisinin açılış mərasimi, Atatürkün kəndlilərlə söhbəti, Atatürkün TBMM-dən çıxarkən çəkilən görüntüləri, 29 oktyabr 1933-cü ildə Cümhuriyyətin 10-cu ildönümü münasibətilə SSRİ nümayəndə heyətinin sədri marşal Kliment Voroşilovla və Cümhuriyyətin 14-cü ildönümündə marşal Fevzi Çakmakla birlikdə çəkilən görüntüləri yer alıb.