29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Estoniya Ukraynaya indiyə qədərki ən böyük yardım paketini elan edib

19.01.2023

Estoniya hökuməti bu gün ölkənin indiyə qədərki ən böyük hərbi yardım paketini Ukraynaya göndərmək qərarını açıqlayıb.

"DM" xəbər verir ki, bu barədə Estoniya Baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Estoniya hökuməti müdafiə naziri Hanno Pevkurun Ukraynaya uzaqdan atəş və tank əleyhinə silahlar, eləcə də ümumilikdə 113 milyon avro dəyərində sursat daxil olmaqla bu günə qədər ən böyük hərbi yardım paketi təqdim etmək təklifini dəstəkləyib.

Bununla da Estoniyanın Ukraynaya hərbi yardımı 370 milyon avroya qədər artıb və Estoniyanın ümumi daxili məhsulunun (ÜDM) 1%-ni keçib.