29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bələdiyyələrdə islahatlar aparılacaq

19.01.2023

"Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il bizim qarşımızda çox ciddi məsələlər qoyulub”.

"DM" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bununla bağlı yaz sessiyasında komitədə dinləmələr keçiriləcək: "Regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması bilavasitə bizim komitənin səlahiyyətindədir. Prezident də bu məsələ ilə bağlı qarşıya vəzifələr qoyub. Lazım olan qanunların qəbulu, regional strukturlarda islahatların aparılması üçün bu sessiya çox ciddi iş görməliyik”.